"KaMAZ" kişini vurub öldürdü
17 yanvar 2023 10:42 (UTC +04:00)

"KaMAZ" kişini vurub öldürdü

Gəncədə "KaMAZ" markalı yük avtomobilinin piyadanı vurması barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, 34 yaşlı Ələsgərov Eşqin Əli oğlu idarə etdiyi "KaMAZ" markalı yük avtomobili ilə yolun kənarında dayanan42 yaşlı Yusubov Mahir Qurban oğlunu vurub. Yaralı ağır vəziyyətdə A. Səhhət adına xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar