Mingəçevirdə kafedə dava baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərdə yerləşən "083" adlı kafedə qeydə alınıb.
Belə ki, Əşrəf Zülfüqar oğlu Əzizov sərxoş vəziyyətdə kafedə nalayiq sözlər işlətdiyi üçün ona irad bildirən Firdovsi İlqar oğlu Mustafayevlə arasında mübahisə yaranıb.
Nəticədə Əşrəf Əzizov Firdovsi Mustafayevi bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.