"Jiquli" "Land-Cruiser"ə çırpıldı, 3 nəfər...
18 noyabr 2021 09:44 (UTC +04:00)

"Jiquli" "Land-Cruiser"ə çırpıldı, 3 nəfər...

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin B.Vahabzadə küçəsində qeydə alınıb. Şəki şəhər sakini Məmmədli Sərxan idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Hüseyn Hüseyovun idarə etdiyi “Land-Cruiser” markalı avtomobili arxa hissəsindən vurub. Nəticədə “VAZ-2107”-nin sürücüsü S.Məmmədli və avtomobildə olan digər 2 qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

# 1095
avatar

Mehman Nəbiyev

Oxşar yazılar