İtkin düşən gəncin meyiti ÇAYDA TAPILDI
12 iyun 2021 17:40 (UTC +04:00)

İtkin düşən gəncin meyiti ÇAYDA TAPILDI

 

Qax rayonunda bir-neçə gün əvvəl itkin düşən 26 yaşlı gəncin meyiti çayda tapılıb.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, E. Hüseynov bir-neçə gün əvvəl ailə üzvləri ilə birlikdə İlisu kənd inzibati ərazisində dağlıq ərazidə yerləşən İlisu hamamına gediblər. Həmin vaxt isə ərazidə qeyri-sabit hava şəraiti olub, dağlara yağan güclü leysan yağışı səbəbindən Kürmük çayında qısa müddətli sel keçib. Ehtimala görə, E. Hüseynov çaya düşərək boğularaq ölüb. E.Hüseynovun meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

# 1617
avatar

Oxşar yazılar