İtkin düşən 13 yaşlı oğlan tapıldı - FOTO  - YENİLƏNİB
26 iyul 2021 20:35 (UTC +04:00)

İtkin düşən 13 yaşlı oğlan tapıldı - FOTO - YENİLƏNİB

0

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 13 yaşlı şəhər sakini Famil Müqabil oğlu Amanov Kür çayı sahilində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

***

Saat 18:09

Mingəçevirdə uşaq itkin düşüb. 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4558

Oxşar yazılar