İtkin düşdüyü bildirilən qadını qardaşı belə öldürübmüş -TƏFƏRRÜAT -YENİLƏNİB
20 noyabr 2022 15:18 (UTC +04:00)

İtkin düşdüyü bildirilən qadını qardaşı belə öldürübmüş -TƏFƏRRÜAT-YENİLƏNİB

Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Cəlilabad rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.

İş üzrə istintaq davam edir.

***

saat 14.15

Cəlilabadda açıq sahədən qadın meyiti tapılıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, meyit rayonun Sabirabad kəndində açıq sahədə aşkarlanıb.

Meyitin bir müddət öncə itkin düşən 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsus olduğu və onun qətlə yetirildiyi ehtimal olunur.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Əraziyə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7724

Oxşar yazılar

İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49