ABŞ-ın Kanzas ştatında it tüfəngin üstünə basaraq ovçunu kürəyindən vurub.
Lenn.az-ın xarici mediaya istinadla xəbərinə görə, 30 yaşlı kişi Uiçito şəhərindən 70 kilometr cənubda kənd yolunda avtomobildə güllələnib. Polisin məlumatına görə, onun ölümündə günahkar yük maşınının arxasında olan və təsadüfən tüfəngə basan it olub. Güllə ön sərnişin oturacağında oturan kişinin kürəyinə dəyib.
Həkimlər zərərçəkənə süni nəfəs veriblər, lakin onu xilas edə bilməyiblər. Avtomobilin sürücüsü xəsarət almayıb. Yük maşınının və itin kimə məxsus olduğu və xilasetmə xidmətini dəqiq kim çağırdığı açıqlanmır.
Polis bunun ov qəzası olduğu qənaətinə gəlib. Avtomobilin yük yerindən ov ləvazimatları aşkar edilib.