Türkiyədə it azyaşlını parçalayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Van şəhərində İpəkyolu qəsəbəsində baş verib. Küçəyə buraxılan sahibləndirilmiş it 10 ya.lı Mete Durnaya hücum edib.
Azyaşlı boğazından və bədəninin müxtəlif yerlərindən yaralanıb. Təcili tibbi yardım əməkdaşları ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb.