İstirahətə gedən kişi  faciəli şəkildə   öldü
10 iyul 2021 11:16 (UTC +04:00)

İstirahətə gedən kişi faciəli şəkildə öldü

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, İsmayıllıya istirahətə gələn Abşeron rayonu Xırdalan şəhər sakini 58 yaşlı Qəhrəmanov Həsən Əli oğlu rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Oxşar yazılar