İsmayıllıda hindistanlılar QƏZAYA DÜŞDÜ  - YENİLƏNİB
23 noyabr 2023 23:06 (UTC +04:00)

İsmayıllıda hindistanlılar QƏZAYA DÜŞDÜ - YENİLƏNİB

0

İsmayıllıda baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb.

Xəsarət alanlardan biri (sürücü) Azərbaycan vətəndaşıdır.

Digər 5 nəfər isə Hindistan vətəndaşıdır.

***

Saat 22:15

İsmayıllıda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7522

Oxşar yazılar