İşıqforun  qırmızı işığında   keçdi, qəza törətdi
04 may 2022 04:35 (UTC +04:00)

İşıqforun qırmızı işığında keçdi, qəza törətdi

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Zərifə Əliyeva keçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Nəticədə “Toyota” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”-da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1521
avatar

Oxşar yazılar