Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Lent.az-ın məlumatına görə, şirkətdən APA-ya bildirilib ki, bu gün - 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
Eyni zamanda, qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.
***
saat 17:40
Lent.az saxlanılan şirkət rəhbəri ilə bağlı yeni məlumat əldə edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Rəhman Xəlilov məşhur iş adamı İsgəndər Xəlilovun oğludur.
***
16:46
Rusiyanın paytaxtı Moskvada neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətində axtarışlar aparılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu gün səhər saatlarında şirkətin paytaxtın Lujnikidə yerləşən ofisinə xüsusi təyinatlı qüvvələr və əməliyyatçılar basqın ediblər. Onlar sənədləri müsadirə ediblər və əməkdaşların iş yerini tərk etməsinə icazə verməyiblər.
“Railgo” şirkəti Azərbaycan əsilli Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz üzərindən, o cümlədən Azərbaycandan tranzit ötürülməsi ilə məşğuldur.
Rəhman Xəlilov