İş görərkən torpağın altında qaldılar - Şəmkirdə faciə  - FOTO  - YENİLƏNİB
08 iyun 2021 20:17 (UTC +04:00)

İş görərkən torpağın altında qaldılar - Şəmkirdə faciə - FOTO - YENİLƏNİB

0

Şəmkirdə quyuda çökmə zamanı torpağın altında qalanların şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar rayonun Sərxan kənd sakinləri Tural Qələndərli və Rövşən Məmmədovdur.

T. Qələndərlinin hadisə zamanı aldığı xəsarət ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Araşdırma aparılır.

***

Saat 19:08

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2795

Oxşar yazılar