İş adamının 12 milyonunu  oğurladılar
20 dekabr 2023 12:23 (UTC +04:00)

İş adamının 12 milyonunu oğurladılar

Moskvada naməlum şəxslər 44 yaşlı iş adamının evindən milyonlarla rubl, eləcə də qızıl-zinət əşyaları oğurlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Maruşkinskoye qəsəbəsinin Akinşino kəndində baş verib.

Qeyd olunur ki, oğrular seyfdən 12 milyon rubl (təxminən 225 min 600 manat) çıxara biliblər və onlar yataq otağındakı çarpayının yanından qızıl-zinət əşyaları tapıblar. Seyf paltarlar olan şkafda quraşdırılıb.

Zərərçəkənin Moskvanın iri şirkətlərindən birinin baş direktoru olduğu üzə çıxıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4440
avatar

Oxşar yazılar