İrəvanda  məşhur zərgər   özünü güllələdi
17 aprel 2023 22:47 (UTC +04:00)

İrəvanda məşhur zərgər özünü güllələdi

Saat 18:20-də Ermənistan Daxili İşlər Nazirliyinin Arabkir polis şöbəsinə Nikol Duman küçəsindəki evlərdən birinə çağırışla gələn təcili yardımın növbətçi həkimlərindən ibarət qrupdan bir nəfərin güllələnmiş meyitinin tapılması barədə məlumat daxil olub.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sex kimi istifadə edilən otaqda ev sakini, 55 yaşlı Tovmas A.nın stulda oturmuş meyitini, sol əlində odlu silah aşkar ediblər. İlkin məlumata görə, İrəvanda məşhur zərgər kimi tanınan Tovmas A. intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar