İranlının narkotiklərini Bakıya gətirirdi, alınmadı - VİDEO
28 yanvar 2026 09:40 (UTC +04:00)

İranlının narkotiklərini Bakıya gətirirdi, alınmadı - VİDEO

0

Neftçalada narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar