Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə tədbirlər keçirilib. Nəticədə ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.