Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.
***
22.19
Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Yeraltı təkanlar təxminən 7 saniyə davam edib.