Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu gün baş verən terror aktına münasibət bildirib.
Lent.az xəbər verir ki, səfir bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Əli Əlizadə terroru törədənlərin tam cəzalandırılmasını tələb edib:
Əli Əlizadə
"Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı.
Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.
Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!".