Sosial şəbəkələrdə videosu yayılan vəzifəli şəxs işdən çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandiri, ədliyyə mayoru Tural Rəfiyev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə T. Rəfiyevin intim videoları yayılıb.