Türkiyənin İstanbul şəhərində imtahanda ağlasığmaz hadisə baş verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sürücülük imtahanı zamanı iki nəfər maskalarına kamera və qulaqcıq yerləşdirib.
Sınağın keçirildiyi binadan 50 metr uzaqlıqda dayanan avtomobildəki şəxslər isə sualların cavablarını deməyə çalışıblar.
Ancaq bir qrup şəxs imtahanda saxtakarlığın olacağını polisə xəbər edib. Bundan sonra Kağıthane rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
Faktla bağlı araşdırmalar aparılır.