İmişlidə yeniyetməni avtomobil vurdu
10 avqust 2021 02:41 (UTC +04:00)

İmişlidə yeniyetməni avtomobil vurdu

0

İmişlidə piyadanı vuran naməlum avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Naməlum avtomobil Xubyarlı kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynzadə Orxan Zaur oğlunu vurub. Sürücü hadisə yerindən qaçıb. Piyada sınıq xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2793

Oxşar yazılar