İmişlidə beş evdən oğurluq etdi - FOTO
13 mart 2024 08:33 (UTC +04:00)

İmişlidə beş evdən oğurluq etdi - FOTO

İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10000 manatdan artıq pulunu və dəyəri 35000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

# 2196
avatar

Oxşar yazılar