İki qardaş balığa getdi, biri öldü - MASALLIDA FACİƏ
21 iyul 2025 09:21 (UTC +04:00)

İki qardaş balığa getdi, biri öldü - MASALLIDA FACİƏ

Masallı sakini kanalda batıb.

Lent.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutumaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedib. 

Onlar balıq tutan zaman İbad Əliyev kanala düşüb boğularaq ölüb. Onun meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar