Rusiyanın Yekaterinburq şəhər məhkəməsi iki azərbaycanlı yeniyetməni azadlıqdan məhrum edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar keçən ilin fevralında şəhərin Sortirovoçnaya mikrorayonunda ana və qızını döyməkdə ittiham olunurlar.
Məhkəmə istintaqı zamanı yeniyetmələrin başqa cinayətləri də üzə çıxıb. Məlum olub ki, onlar bir məktəblini döyərək onun 1000 rublını əlindən alıblar. Bundan başqa, taksi sürücüsünü qarət edərək 17 min rubl pulu mənimsəyiblər.
Keçənilki insidentin böyüməməsi üçün Azərbaycan diasporası yerli sakinlərdən üzr istəmişdi. Həmin vaxt bəziləri yeniyetmələrin öz səhvlərini başa düşərək bağışlanmasını güman etsələr də, amma məhkəmə həbs qərarı çıxarıb.
Qeyd edək ki, onlardan biri 3, digəri isə 3,5 il ərzində azadlıqdan məhrum edilib.