İki ay əvvəl maşının vurduğu qadın öldü
14 yanvar 2023 16:55 (UTC +04:00)

İki ay əvvəl maşının vurduğu qadın öldü

Tərtərdə 2 ay əvvəl maşının vurduğu piyada ölüb.

Lent.az-ın məlumatına görə, hadisə 2022-ci il noyabrın 18-i saat 19 radələrində rayonun Kəbirli kəndində baş verib. Kənd sakini 30 yaşlı Tağızadə Arzuman Əhliman oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmkəndlisi, 32 yaşlı Kərimova Aynur Murad qızını vurub. Nəticədə yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib.

A. Kərimova bu il yanvarın 13-də müalicə olunduğu tibb mərkəzində ölüb.

Fakta görə Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar