İki avtomobil toqquşdu: 1 ölü, 6 yaralı  - FOTO
30 iyul 2021 16:57 (UTC +04:00)

İki avtomobil toqquşdu: 1 ölü, 6 yaralı - FOTO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində birincinin sürcüsü hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb. 

Yaralılar- Hacıqabul sakinləri - 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu , 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin qadın sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

# 2391
avatar

Oxşar yazılar