İdman ustası rəfiqəsini və azyaşlı qızını AMANSIZCASINA ÖLDÜRDÜ
07 dekabr 2021 18:11 (UTC +04:00)

İdman ustası rəfiqəsini və azyaşlı qızını AMANSIZCASINA ÖLDÜRDÜ

Rusiyanın Saratov Vilayət Məhkəməsi rəfiqəsini və dörd yaşlı qızını öldürən bədən tərbiyəsi müəllimi Yelena Şerenkonun işi üzrə hökm çıxarıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qadın 23 il müddətinə azadlıqdan məhrum edilib. 

Ana və qızın cəsədləri ötən ilin noyabrında Çernışevski küçəsindəki mənzildə tapılıb. İstintaqın məlumatına görə, 53 yaşlı Şerenko 38 yaşlı rəfiqəsinin yanına gəlib və mübahisə zamanı ev sahibəsini və qızını bıçaqlayaraq öldürüb. 

Bundan sonra Yelena mənzildən qızıl-zinət əşyaları və bank kartını oğurlayıb. Məlum olub ki, kartdan 70 min rubl çıxarıb.

İstintaq zamanı qadın günahını tam etiraf edib və əməlindən peşman olduğunu bildirib. 

İstintaqın məlumatına görə, o, cinayəti törədən zaman sərxoş olub.

Qeyd edək ki, Elena Şerenko liseydə bədən tərbiyəsi müəllimi və qol güləşi üzrə məşqçi kimi çalışıb, gimnastika üzrə idman ustasıdır. O, 1999-2013-cü illərdə Saratov Dövlət Texniki Universitetində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166

Oxşar yazılar

Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51
Azərbaycanlı ata övladları ilə birgə İNTİHAR ETDİ

Azərbaycanlı ata övladları ilə birgə İNTİHAR ETDİ

22 aprel 2025 , 11:18