İcra hakimiyyətinin qarşısında  özünü doğradı
29 noyabr 2022 15:15 (UTC +04:00)

İcra hakimiyyətinin qarşısında özünü doğradı

Gəncədə intihara cəhd hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, noyabrın 29-da bir qrup şəxs şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıb:

"Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb. Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.

Həmin şəxslər polisin müdaxiləsi ilə ərazini tərk etməyə başlayıblar. Onlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Oxşar yazılar