Hindistanda körpü çökdü: hərəkətdə olan maşınlar...
25 iyul 2021 20:19 (UTC +04:00)

Hindistanda körpü çökdü: hərəkətdə olan maşınlar...

Hindistanın şimalında Himaçal-Pradeş ştatında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “ANI” xəbər portalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, körpünün sıradan çıxmasına son günlər davam edən daşqınlar səbəb olub. Yaxınlıqdakı qayalıqdan torpaq sürüşməsi nəticəsində sal daşlar aşağı yuvarlanaraq körpünün sütunlarını sıradan çıxarıb.

Hadisə zamanı körpüdən keçən avtomobillərdə olan sərnişinlərdən 9-u ölüb, 3-ü yaralanıb.

# 1251
avatar

Oxşar yazılar