Tərtər rayon Hacıqrəvənd kən sakini Qurban Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Anar Məmmədov və Razi Aslanov saxlanılıb. Araşdırmalarla onların oğurladıqları iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə satdıqları aşkar edilib. Polis əməkdaşları oğurlanmış mal-qaraların yerini müəyyən edərək sahibinə təhvil verib.
Keçirilmiş digər bir əməliyyat tədbiri ilə rayon ərazisində yerləşən, Tərtər Subartezian İdarəsinə məxsus transformatorun sarğı hissəsini oğurlayan rayon sakini Rüstəm Fərəcov da saxlanılıb. Hər 3 şəxs törətdiyi cinayət əməllərini etiraf edib.
Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.