Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.
Lent.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Qüliyev Zərbəli Məmmədhüseyn oğlu həyat yoldaşı olan 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyevnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib. Daha sonra Z.Quliyev özünü asaraq intihar edib.
Hadisənin təfərrüatları Xəzər Rayon Prokurorluğunda araşdırılır.