Həyat yoldaşı ilə dalaşan qadın sirkə turşusu içdi
12 iyun 2021 00:26 (UTC +04:00)

Həyat yoldaşı ilə dalaşan qadın sirkə turşusu içdi

0

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə adlanan yaşayış massivində baş verib.

1990-cı il təvəllüdlü Günel Babayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın həyat yoldaşı ilə dalaşandan sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1582

Oxşar yazılar