ABŞ-ın Atlanta şəhərindəki həbsxanaların birində məhbusun meyiti tapılıb.
Lent.az-ın xarici KİV-ə istinada məlumatına görə, Leşon Tomsonu kamerada həşəratların yediyi bəlli olub.
Bildirib ki, Tomson çirkli antisanitariya vəziyyətində olan kamerada saxlanılırmış. Kamera isə həşəratlarla dolu imiş. Onun meyiti tapılarkən əlində, üzündə, sinəsində çoxlu yaralar aşkar edilib.
Mühafizəçilərin dediyinə görə, o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı yaralardan həyatını itirib.