Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, kənd sakini, 34 yaşlı, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev 33 yaşlı həmkəndlisinə şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində yaralanan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.
B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.