Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.