Həkimlər sürücünün həyatını xilas edə bilmədi - YOL QƏZASI
06 iyun 2021 01:38 (UTC +04:00)

Həkimlər sürücünün həyatını xilas edə bilmədi - YOL QƏZASI

4

İmişlidə yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

İmişli şəhər sakini, 1997-ci il təvəllüdlü Rəhimov Vasif Cəfər oğlunun idarə etdiyi “Moped” tipli motosiklet minik avtomobili ilə toqquşub. Ağır xəsarətlər alan motosikletin sürücüsü xəstəxanada ölüb.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 2132

Oxşar yazılar