8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 317-2.2; 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pərvin Xanməd oğlu Həşimov ilə qısamüddətli görüşə gələn qohumu Ucar rayon sakini Mehman Əmiraslan oğlu Həsənovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman oradakı sellofan paketdəki mərcinin içərisində səpilərək xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,557 qram olan narkotik maddə - heroin və digər sellofan paketdəki düyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,046 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Həbsxanaya keçirilən mərci və narkotik