Moskvada hamamda telefonundan kitab oxumaq vərdişi olan kişini elektrik cərəyanı vuraraq öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, 31 yaşlı kişinin meyitini həyat yoldaşı hamamda aşkarlayıb. Mərhumun ayaqları altında adapterə qoşulmuş telefon olub.
Məlumata görə, qadın ərinə dəfələrlə hamamda telefonla oynamaq və mesaj yazmaq vərdişinin təhlükəsindən danışıb. Öz növbəsində, mərhum həmişə şəbəkəyə qoşula bilmək üçün dəhlizdəki elektrik qovşağından uzatma kabelini bu otağa aparıb.