Xəyal Babayev
18 oktyabr 2021 11:08 (UTC +04:00)

Xəyal Babayev

Hadruta narkotik aparan tutuldu - FOTO

Xocavəndin işğaldan azad edilmiş ərazilərinə narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb. 

Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.  

# 2097
avatar

Mehman Nəbiyev

Oxşar yazılar