Hacıqabulda maşın aşdı, SÜRÜCÜ ÖLDÜ
23 iyun 2023 10:40 (UTC +04:00)

Hacıqabulda maşın aşdı, SÜRÜCÜ ÖLDÜ

Hacıqabulda ölümlə nəticələn qəza baş verib.

Lent.az-ın xəbərinə görə, rayonun 2-ci Paşalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Məhəmməd İmamverdi oğlu Babayev "Opel Zafira" markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb və aşırıb.

Nəticədə sürücü aldığı bədən xəsarətlərindən ölüb. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Mircəlal Seyidəzim oğlu Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan ŞMX-ya daxil olub.

Faktla bağlı Hacıqabul RPŞ-nin cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Fidan İlqar

Oxşar yazılar