Hacıqabulda kütləvi zəhərlənmə hadisəsi baş verib.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 13-ü saat 23:04 radələrindən başlayaraq 7 nəfər TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra hər biri ambulator müalicə üçün evə buraxılıb.