Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü
20 iyul 2021 22:55 (UTC +04:00)

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar