Gürcüstanda deputat   oğluna görə özünü GÜLLƏLƏDİ
27 oktyabr 2022 13:05 (UTC +04:00)

Gürcüstanda deputat oğluna görə özünü GÜLLƏLƏDİ

Gürcüstanda deputat intihar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, 51 yaşlı İrakli Xaxubiya özünü güllələyib. Məlumata görə, hadisə səhər saatlarında baş verib. Onun yaşadığı mənzildən tapança aşkar edilib.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.

Əsas versiyaya görə, İrakli Xaxubiya oğlunun faciəvi şəraitdə ölməsi nəticəsində yaranan ağır psixoloji durum fonunda intihar edib. Onun oğlu 21 yaşlı Beka Xaxubia 2017-ci ilin mayında Qori yaxınlığında avtomobil qəzasında həlak olub. Belə ki, yol polisi sürət həddini aşdığı üçün onu saxlamaq istəyib, gənc oğlan isə maneədən yan keçmək istəyərkən yük maşınına çırpılıb və hadisə yerində ölüb.

Qeyd edək ki, İrakli Xaxubia 9-cu və 10-cu çağırışların parlamentlərində Poti, Senaki və Xobidən deputat seçilib.

İrakli Xaxubiya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00