Güclü fırtına Məkkəni vurdu
23 avqust 2023 15:11 (UTC +04:00)

Güclü fırtına Məkkəni vurdu

0

Səudiyyə Ərəbistanının Məkkə əyalətində küləyin sürəti 80 km/saata çatan şiddətli tufan başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda küləyin yerli sakinləri və zəvvarları yerə yıxdığı görünür. Qasırğa bir neçə reklam lövhəsini, metal konstruksiyaları və zibil qutularını da dağıdıb.

Fırtına səbəbindən Məkkə rəhbərliyi məktəb, kollec və universitetlərdə dərsləri uzaq formata keçirmək qərarına gəlib. “Müqəddəs paytaxtı vuran küləyin sürəti 80 km/saatı ötüb”, – Səudiyyə Milli Meteorologiya Mərkəzinin nümayəndəsi Hüseyn əl-Qahtani “Twitter”-də yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2185

Oxşar yazılar