Bakıda yerləşən “Grand Hospital” cərimələnib.
Lent.az-ın məlumatına görə, hospitala məxsus avtomobil barəsində yol polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib.
Qeyd edək ki, həmin maddəyə görə hospital 300 manat məbləğində cərimələnə bilər.