Gözəllik salonunda öldürülən Aygündür, yoxsa Günay – Lent.az hadisə yerindən YAZIR
14 aprel 2023 17:15 (UTC +04:00)

Gözəllik salonunda öldürülən Aygündür, yoxsa Günay – Lent.az hadisə yerindən YAZIR

20

Ötən gün saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda qətl hadisəsi baş verib.

Lent.az-ın əməkdaşı hadisə yerinə üz tutub.

Sakinlərin dediklərinə görə, baş vermiş hadisədə ölən qadının adı Aygün yox, Günaydır:

“Günay Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı İsrafil Yusifov həm də onun xalası oğlu olub. Onların arasında 3 ildir ki, problem var idi. Günay həyat yoldaşı ilə artıq neçə ildir ki, birgə yaşamır. Ərinin ona xəyanət etdiyini eşitmişik. Bir neçə gün əvvəl Günay məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edib. O, məhkəmə ərizəsinin sürətini həyat yoldaşına da verib. Həyat yoldaşı İsrafil həmin ərizə kağızını cırıb. Daha sonra isə ikilinin arasında mübahisə başlayıb”.

Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. 

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Günayla İsrafilin 3 uşağı var. İsrafil Yusifov uzun müddət ailəsindən ayrı Lənkəranda yaşayıb. 

Xatırladaq ki, hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
20
# 4549

Oxşar yazılar