Fevralın 16-da saat 13 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, zərərçəkənlərə digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
***
09:08
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Məktəbdən APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.