Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması alıb.
Lent.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən piyada Sabirabad rayonu, Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.