Xəbər fotolar əlavə olunub.
***
Saat 22:45
10.09.2023
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "KamAZ"la "VAZ" markalı minik maşını toqquşub.
Qəza zamanı "VAZ"da olan ərnişin,1975-ci il təvəllüdlü Müşviq Bayramov dünyasını dəyişib.
Xəsarət alanlar isə həmyaşıd (25) Xalay Tahirli, Bayram Məmmədov və Elgün Hüseynlidir.
Faktla bağlı araşdırma aparılır.